
Senet.az Mikayıl Müşfiqin Xatirə Muzeyindən fotoreportajı təqdim edir:
Xızı rayonu, Sayadlar kəndi – Mikayıl Müşfiq ocağı

Mikayıl Müşfiq ocağı 1988-ci ildə, Tofiq Novruzovun, Cabir Novruzun, Aydın Zeynalovun, Nəbi Xəzrinin təşəbbüsü ilə yaradılıb.

Şairin yaşadığı ev dağıldığı üçün muzey Müşfiqin 80 illik yubileyi çərcivəsində atası Əbdülqədirin bağ yerində salınır.

Şair 1937-ci ildə güllələndikdən sonra, onun nəşi dənizə atılır. Xatirə Muzeyində isə simvolik məzar qoyulur, büst hazırlanır. Büstün memarı Münəvvər Rzayevadır.

2004-cü ildə keçmiş Mədəniyyət naziri Polad Bülbüloğlunun sərəncamı ilə bura dövlət himayəsinə keçir.

Muzey bir otaqdan ibarətdir. Məhz buna görə də Mikayıl Müşfiqin şəxsi əşyalarının bir qismi qohumlarının evində saxlanılır.

3 iyun 1937-ci ildə Müşfiqin həbsinə order verilib. Bundan bir gün sonra isə o, həbs olunur. Üç böyük şairimiz Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid üçü də bir gündə həbs edilib.

12493 nömrəli cinayət işinin surəti

Mirvari Dilbazinin Mikayıl Müşfiqə həsr etdiyi şeirdən bir parça

Oxu Tar! Oxu, tar, oxu tar!




Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür