İstanbul mənim baxışlarımla – I HİSSƏ
İstanbul mənim baxışlarımla – II HİSSƏ
İstanbul mənim baxışlarımla – III HİSSƏ
İstanbul mənim baxışlarımla – IV HİSSƏ
Bu şəhəri fərqləndirən bir xüsusiyyət oranın yemək qoxularıdır. Mənim tərbiyəmin əsasında hər kəsin yemək məsələsinin kənar adamlardan bir qədər gizli olması düşüncəsi durur. Burada sanki yerli, gəlmə, kim olursa olsun yeməyini küçədə qəbul etdiyini göstərməyə çalışır. Yeməklərdən gələn iy, cürbəcür qoxular səhər tezdən bütün şəhəri bürüməyə başlayır. Dünya mətbəxlərin bütün növlərindən, mənşəyindən asılı olmyaraq, tərəvəzlərin əsas yer tutduğu İstanbulda insanlar sanki yalnız yemək dalınca harasa qaçırlar bütün günü. Hər iki səmtin mərkəzi küçələrinin sıx yerlərində bizim öyrəşmədiyimiz tramvay tipli nəqliyyatla keçəndə belə, elə həmin xətlərin tam yanında, səkilərdə xeyli miqdarda masalar və onların ətrafında insanların səhərdən axşamın zülmətinə qədər necə qidalandığını görmək ağır bir tablodur. Çünki ətrafda üzündən-gözündən aclıq yağan o qədər insan kütləsi görmək mümkündür ki, adam diksinir burada. Təsəvvür etmək olmur ki, yemək yeməyi küşə portretinə daşımağı sevənlər ətrafadıkaları niyə görmür.Görürlərsə niyə içəri keçmirlər? İçəridə nələr var ki, bunlar adamların üzünə baxa-baxa iştahla yemək problemlərini həll edirlər. Dəfələrlə otellərin sıx yerləşdiyi məkanların yaxınlığından keçərkən əcnəbilərlə bərabər yerli əhainin də beləcə küçədə oturub rahatlıqla qidalandığını görmək çox ağır gəlir mənə. İstanbula getməzdən əvvəl hamı kimi mən də internet deyilən o qutudan məlumatlara, şəkillərə baxmışdım. İlk oteli seçəndə, yeməklərin adı və qiyməti ilə maraqlananda gördüyüm reklamlardakı şəkillərdə belə acı səhnələrə rast gəlməmişdim.Həqiqətən reklam yalandan ibarət bir buketdir. İslamda bu cür açıq-saçıqlıq deyilən bir məsələ yoxdur. Dünyanın islam mədəniyyətinin mərkəzi olmaq şansını hələ Çaldırandan qazanan Türkiyədə bu qədərini gözləmirdim. Burada şəhər sanki yatmır. Bütün gecəni açıq olan mağazalar, restoranlar, hanlar (topdan satış məkanları) hansısa malları qəbul edir, yerləşdirir, səhərə hazırlayırlar. “Hər an kimsə burada nəsə sifariş edə bilər” anlamında cürbəcür yeməklər yarımfabrikatlar şəklində olsa da, hazır olur. Diqqətimi çox çəkən burada işçi qüvvəsi kimi, xüsusilə gecə saatlarında azyaşlı uşaqların işləməsi oldu. Sovetlərin tərbiyəsini görən bir adam kimi bir az çətin qəbul etsəm də, sonralar hər kəsin zəhmətə alışmağının uşaqıqdan başlamasının nə qədər önəmli olduğunu yadıma saldım.Həm də kapitalizm formasiyasında yaşamaq uğrunda mübarizənin bu kiçik yaşlardan başladığını hələ Adam Smitin yazdığını yadıma salıb sakitləşdirdim özümü. Özümü bu uşaqların analarının yerinə qoyanda yenidən daxili narahatlığım dünyanın nahaq olduğu ideyasına nifrətimi və qəbul etmədiyimi bir də oyatdı. Neyləmək olar bu xalqın atalar sözləri içərisində “ əkmək aslanın ağzında “ deyilən söz var. Həqiqətən türkün sözü daha doğru və kəskin olarmış .Sözləri bəzəməyə ehtiyac belə yoxdur bu dildə. “İslamın mərkəzi” olmaqdan başqa, bura həm də turizm mərkəzidir. Bütün dünyanın gözü son 600-800 ildə buradadır. Bu səbəbdən də yemək mədəniyytində bu cür dəyişikliklər hökm sürür. O dəli Petro həqiqətən düz deyirmiş -Kim ki, Türkiyəyə sahib çıxacaq, o dünyanın hökmdarı olacaq. Buranın sahibi elə türkələrin özüdür. Ona görə də islamaqədərki çadır mədəniyyətini hər şəkildə saxlamaqdadırlar. Çox qədimlərdə hələ hunların və xunların zamanında bütün avropalıların və çinliərin yazdığı kimi türklər dünyada at üstündə anadan olmağı, yeməyi, ölkələri işğal etməyi və ölməyi bacaran yeganə milltdirlər. Acdıqları zaman havadan, məkandan asılı olmayaraq, həmişə qida tapmağı böyük ustalıqla bacaran türklər lazım gəldikdə digərləri ilə paylaşmağı da bacarıbar. Bu prosesin at arabalarının üstündə , çadırlarda, dəyələrdə, yaylaqlarda, çəmənlikdə baş tutmağı yalnız onların özündən asılı olub.Ehtimal ki, hələ çox qədimlərdən işığı, havanı və yeməyi sevən türklər bu gözəl adətlərini bu cür inkişaf etdiriblər ki, müasir günümüzdə yol kənarlarında hamının gözü qarşısında rahat oturub yemək yeməyi bacarırlr. Yeməkdən gələ biləcək qoxunun yoldan ötən insanlara təsir edə biləcəyini də görünür bu məkanlara bir çağırış kimi qəbul edirlər. Beləcə bu şəhərin qoxuları içində burnumdan getməyən kofe –qəhvə iyidir. Nə qədər acı iy olsa da, içəndən sonra tamını izah etmək mümkün deyil.İkinci yerdə çay növlərinin təkrarı olmayan ətridir. Günlərin birində saymağa başladım. Təxminən 20 cür çayın dadına baxdığım yadıma düşdü. Hər iki halda yenə də uşaqlıqda özümüzün yaylaqlarında yay aylarında dincəldiyim vaxtlar hazırlanan çaylar və qadınların çaynik deyil, qəhvədan dedikləri qabı xatırladım. Allahın lənətinə gəmiş ermənilərin bizlərdən aldığı dağlarda hər kəndin öz yaylağı olardı.Orada olduğumuz yay aylarında yaxın qohumlarımız bizi qonaq etmək üçün yüz cür ot yığar çay hazırlayardılar. Burada içdiyim çaylar o dadı verməslər də, adları eynilə qalmışdı. Üçüncü ətir növü buranın yaşıl və qırmızı rəngli meyvə tərəvəzinə aid idi. Bunlardan daha çox onların kiraz adlandırdığı, bizim bir hərf fərqi ilə gilas dediyimiz meyvənin ətri xüsusi seçilidi.Qazağın, Ağstavanın bazarlarında səhərər bazarlar açılanda yaxın kəndlərdən vedrələdə satışa gətiriən və yerli camaatın “şampan gilası” dediyi gözəllik nümunəsinin eyni forması və ətri vardır burada. Bir də inanılmaz dərcəsədə yaşıl göyərtilər. Heç Moskvanın bazarlarında bu qədər göyərtini bir yerdə görmək olmazdı. Bu da bir satış mədəniyyətidir görünür- çoxlu-çoxlu , tər-təmiz yuyub aıcılara nümayiş etdirməklə, insanların sakitcə keçəyinin mümükün olmamasını başa düşürlr qəqin.. Gərək nəsə alasan. Hələ bu iylər tam olaraq bu yaşıllıqların tam dadına uyğundur. Xoşuma gələn burada kəsilmiş heyvanın mağazaarda, vitrinlərdə ağ parçaya bükülərək nümayiş edilməməsi oldu. Həqiqətən təzə kəsilmiş ətin iyi qan iyi olduğundan insanı bəzən iyrəndirir. Burada kəsilən ət növləri üzdə deyil.Restoranlarda belə onlar görünmürlər. Hamısnıı haradasa hazırlayıb gətirilir deyəsən.Ona görə bu qoxu yoxdur burada. Dörd tərəfi dənizlər olan bu şəhərdə suyun içindəki mamırlarla birgə xüsusi qoxunu özündə daşıyan balıq ətri ayrı bir aləmdir. Baıq bazarları eynilə bütün günü işləyir. Buranın insanı və məni kimi balıq qurmanları üçün bu iyi bir daha hiss etmək ayrı bir xoşbəxtlik hissidir. Bəzən heç bişmişini adam istəmir. Eləcə su ilə yuyulan balıq cərgəlrində gəzmək insanların nə qədər təkrar edilməyən tipləri varsa, baıqların da çoxnövlülüyünü izləmək bir daha təbitin mükəmməlliyini başa salır bizə və bizilərin bir heç olmasını xatırldır . Bütün ətirlərin şahı çörək ətridir. Mən Orta Asiyanın şəhər və kəndlərində bu qədər çörək növləri görmüşdüm. Bu şəhərdə səhər 4-5 arası çörəyin ətri adamı bihuş edir. Hələ ramazanda, yalnız bu müqəddəs ayda bişirilən çörəklər ayrı bir sənət nümunədir. Dadlar baxımından burada çörəklərin təkrarı heç bir yemək növündə yoxdur. Beləcə çöəryi və suyu hamıya bəs edən bu şəhərdə həqiqətən ac- susuz qalmaq mümkün deyil. Qoxulr qarşısında heç bir kəs canlı olaraq, bu duyğusu olan insan laqeyd ola bilməz. Bu ulu təbiətin öz qoxusudur. İnsanlar sadəcə onu formaya salmaqla məşğuldurlar. Belə.İstanbul mənim baxışlarımda, beynimin bir tərəfində, yaddaşımda bu cür yaşayır. Şəhərin adının yaranmasının bir versiyasında buranın “isamın bol olması iə bağlı ideya vardır.. İslamı hər addımda hiss edilən bu məkan nə qədər meqapolis olsa da, insanarının səyi nəticsində ayrı bir aləmdir. Dünya durduqca yaşasın bu şəhər.Bizlər də fəxr edək ki, bizim belə bir həmişə güvənəcəyimiz bir yer var kürreyi ərzin bir tərəfində.Özüm də amin deyib sizlərə salamat qalmağınızı arzu edirəm. Qənirə Piriquliyeva
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür